|
|
“Füzuli düşünür” kitabı çapdan çıxıbAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən “Füzuli düşünür” kitabı nəşr olunub. Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 15 aprel Sərəncamına uyğun olaraq hazırlanmış toplu institutun elmi şurasının qərarı ilə çap edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi-tənqidi məqalələri toplanıb. Alimin bir-birinin məntiqi davamı sayılan “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” kimi tədqiqatlarında Füzulinin elmi-fəlsəfi fikirləri araşdırılıb. Kitaba Məmməd Cəfər Cəfərovun “Azərbaycanın dahi şairi və filosofu”, “Füzulinin sənəti və görüşləri haqqında” və “Füzuli 500 illiyini gözləyir” məqalələri də daxil edilib. “Füzuli kitabxanası” seriyasından III kitab olan nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçisi və elmi redaktoru filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Ağayevadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2019 13:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |