إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İçərişəhər Qoşa Qala qapılarında bərpa işləri başa çatıb - FOTO

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.

Ahlibeyt.az-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQ) Trend-ə verilən açıqlanmaya əsasən, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanan çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib. Nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri uğurla həyata keçirilib.

Belə ki, 2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib.

“İçərişəhər” DTMQ İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici təsirlər altında zədələnir və daşlar aşınmaya məruz qalır.

Bununla bağlı olaraq İdarə ölkə rəhbərliyinin daimi diqqəti və nəzarəti altında apardığı müxtəlif bərpa-konservasiya layihələrindən daha birini uğurla başa çatdırıb və İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirib.

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb (FOTO)

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb (FOTO)

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb (FOTO)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2019  12:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!