|
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçibQoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib. Ahlibeyt.az-ın xəbərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın sədri elan edilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. “Sədrliyin Azərbaycana həvalə edilməsini dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir, bu qərara görə bir daha Sizə təşəkkürümü bildirirəm”- Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı deyib ki, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir: “Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr verib və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə var. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”. Qeyd edək ki,“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni, Liviyanın Baş Naziri Faiz Saracı, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olini, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhi, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonu, Sudanın Prezidenti Abdul-Fattah Al-Burhanı, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodiki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi, Qananın Prezidenti Nana Akufo-Addonu, Əlcəzairin Prezidenti Abdelkader Bensalahı, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqobu, Venesuelanın Prezidenti Nikolas Maduronu, Esvatininin Kralı III Msvatini, Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qanini, Kubanın Prezidenti Migel Diaz-Kaneli, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, İranın Prezidenti Həsən Ruhanini, Pakistanın Prezidenti Arif Alvini qarşılayıb. Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq təşkilata üzv bəzi ölkələrin dünyasını dəyişən keçmiş dövlət və hökumət başçılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2019 14:22 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |