|
|
Məşhur türk təsəvvüf aliminin əsəri çap olunub
XV əsrin sonu - XVI əsrin əvvəllərində yaşamış məşhur türk təsəvvüf alimi Mahmud bin Osman Lamei Çələbinin AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Münşəat-i Məkatib” əsəri nəşr olunub. Ahlibeyt.az-ın AMea mətbuat xidmətinə istinadən məlumatına görə, Kitabda əsərin Əlyazmalar İnstitutunda saxlanılan yeganə Bakı nüsxəsinin geniş təsviri verilir. Əsəri transfoneliterasiya edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları Arif Ramazanov və Tahirə Əliyevadır. Transfoneliterasiya zamanı əsərin dili olduğu kimi saxlanılıb, orijinal mətn kitaba daxil edilib. Əsər ərəb, fars və türk dillərində yazılıb. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur. Filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva nəşrin elmi redaktoru, fəlsəfə üzrə elmlər doktoru, dosent Zəkiyyə Əbilova və Hacı Mustafa Mailoğlu isə rəyçiləridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2019 09:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |