|
|
"Teas Press" "Ən yaxşı nəşriyyat" seçilib"Teas Press" nəşriyyatı "Ən yaxşı nəşriyyat" mükafatı ilə təltif edilib. Ahlibeyt.az-ın APA-nın məlumatına görə, VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən nəşriyyat sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün bu mükafata layiq görülüb. Şərəf Cəlillininin "Seyid İmadəddin Nəsimi: həqq idi, həqq söylədi, həqq dedi" kitabı isə "Ən yaxşı nəşr" mükafatına layiq görülüb. Qeyd edək ki, sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Sərgi-yarmarkada nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2019 10:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |