|
|
Məktəblilər arasında elektron resurslardan istifadə imkanları ilə bağlı maarifləndirici layihəyə start verilib“Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib. Ahlibeyt.az-ın məlumatına görə, Fonddan mətbuata verilən açıqlamada bildiriblər ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Birlik həmin layihə çərçivəsində təhsil sahəsi ilə bağlı elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı Bakı şəhərində məktəblilər arasında məlumatlandırma sessiyaları da təşkil edəcək. Ümumilikdə keçiriləcək altı maarifləndirici tədbir nəticəsində iki yüzə yaxın yeniyetmə faydalanacaq, nəşr edilən bukletlər tədbirlər zamanı iştirakçılar arasında yayılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2019 10:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |