|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) rəhbərliyi Beyləqan, Xocavənd, Saatlı, İmişli və Sabirabad rayonlarının sakinlərini qəbul edib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan, sədrin birinci müavini Səyyad Salahlı Saatlı, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayonunda vətəndaşları qəbul ediblər. Beyləqan, Xocavənd, Saatlı, İmişli və Sabirabad rayonlarının sakinlərinin iştirak etdiyi qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2019 15:17 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |