|
|
Müdafiə Nazirliyi cəbhədə yolu azan əsgərin düşmən tərəfindən vurulduğunu açıqladıSentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Ahlibeyt.az-ın Virtualaz-a istinadən xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirib. Məlumatda deyilir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. "Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - Müdafiə Nazirliyindən bildirilib. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun təmas xəttinin cənub-şərq istiqamətində, sentyabrın 22-də saat 16.30 radələrində “diversiya həmləsi” həyata keçirdiyi haqda məlumat yayıb. Məlumatda deyilirdi ki, atışmadan sonra qrup geri çəkilib, neytral zolaqda bir hərbçinin meyiti qalıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2019 11:44 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |