|
|
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - DQİDK-dan açıqlamaBizim müşahidə və təhlillərimizə əsasən, xaricdə dini təhsil alan azərbaycanlıların sayı ilbəil azalır. Bunun əsas səbəbi ölkədə dini təhsil sahəsində ciddi və uğurlu tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini təhsil sahəsində dönüş nöqtəsi oldu. “Artıq normal və ödənişsiz dini təhsil almaq üçün xaricə getməyə ehtiyac yoxdur. Bu baxımdan, zaman keçdikcə xaricdə dini təhsil alanların sayı daha da azalacaq”, - deyə G.İsmayılov əlavə edib. Komitə sədrinin müavini hazırda xarici ölkələrdə dini təhsil alan azərbaycanlıların sayından da söz açıb. O bildirib ki, aparılmış hesablamalara görə onların ümumi sayı 400 nəfərdən çox deyil. “Amma bu, təxmini rəqəmlərdir. Hazırda dəqiqləşdirmələr aparılır. Onların arasında İranda dini təhsil alanlar çoxluq təşkil edir. Amma İraq, Misir, Səudiyyə Ərəbistanı və Türkiyədə də dini təhsil alan azərbaycanlılar var”. G.İsmayılov onu da vurğulayıb ki, xaricdə dini təhsil alan azərbaycanlılar arasında qızların sayı çox azdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2019 10:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |