|
|
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilirDəyişiklik layihəsində qeyd edilir ki, KİV redaksiyası (məsul redaktor) və jurnalistlər (müəlliflər) “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələblərini pozduqda qanunvericiliyə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Ahlibeyt.a-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı “Reklam haqqında” qanuna əlavə təklif edilir. Belə ki, qanuna yeni 12.3 və 12.4-cü bəndlər əlavə edilir. Yeni 12.3-cü bəndə görə, uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır. 12.4-cü bənddə isə qeyd edilib ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarında ( telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub. Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2019 11:23 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |