|
|
“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” adlı tədbir keçirilib"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” adlı növbəti tədbirini keçirib. Tədbirdə Azərbaycan və Kərbala şəhirdlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Tədbirdə çıxış edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İcitmai Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, Kərbəla bir məktəbdir və bu şəhidlik məktəbinin nədən ibarət olması cəmiyyətdə doğru şəkildə təbliğ olunmalıdır: "Kərbala hadisəsini doğuran səbəblər düzgün və doğru bir şəkildə dərk olunmalıdır. Unutmamalıyıq ki, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan vətən oğulları məhz Kərbala məktəbindən aldıqları qəhramanalıq dərsi ilə müqəddəs şəhadətə çatdılar. Hadisəyə kompleks şəkildə yanaşmaq lazımdır. Bu olmadıqda insanların düşüncələrində yanlış təsəvvürlər formalaşır. İmam Hüseyn hər hansı məzhəbin və təriqətin istismarında qala bilməz. Çünki o İslamın ali şəhididir. Bu hadisəsinin yaşadılması əsrlərdir ki, ölkəmizdə mənəvi mühitdəki vəhdətin qorunub saxlanmasına səbəb olur”. S.Əzimbəyli Məhərrəm ayında şəhid və qazi ailələri ilə bağlı keçirilən tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə "Cənnət” şirkətinə təşəkkür edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2019 11:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |