إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Azərbaycan məktəblərində “Bilik günü” qeyd olunub

Bütün ölkə üzrə sentyabrın 15-dən yeni tədris ilinə start verilir - 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq.

Ahlibeyt.az-ın məlumatına görə,yeni tədris ilində ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunlar iştirak ediblər.

Qeyd oliunub ki,  şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir.

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 min 844 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 min 315, X sinfində 22 min 795, XI sinfində 18 min 896, XII sinfində 198 şagird təhsil alacaq.

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 mindən çox şagird elektron qeydiyyatdan keçib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2019  10:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!