|
|
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHIAşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən açıqlanma verilib. Aşura günü(10 sentyabr) 28 şəhər rayon üzrə 32 məntəqədə qanvermə aksiyası keçiriləcək.
Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2019 10:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |