|
|
Daha 162 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcəkPrezident cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Ahlibeyt.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən açıqlanmala əsasən, komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2019 14:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |