إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılaraq məhv edilməsi müəyyən olunub - Foto

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”nin dağıdılması barədə daxil olmuş məlumat əsasında əməkdaşlarımız abidəyə baxış keçirib”.

Bu barədə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov mətbuata açıqlama verib.

Ahlibeyt.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakının Xəzər rayonunda yerləşən tarixi abidə özəl şirkət tərəfindən dağıdılıb. Bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Bakının Xəzər rayonunda yerləşən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə özəl şirkət tərəfindən yerlə-yeksan edilib. Avqustun 30-da sökülən abidənin daşlarının hara atıldığı da məlum deyil.

Məsələ barədə Oxu.Az-ın əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sorğuya cavab olaraq bildirib ki, Xəzər rayonu, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan "Qışlaq yaşayış yeri"nin dağıdılması barədə daxil olmuş məlumata əsasən, əməkdaşlarımız abidəyə baxış keçiriblər:

"Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub.

Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da məlumat veriləcək".

Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

1

1

1

1

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2019  11:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!