|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifi ilə “Həyat bilgisi” dərsliyində düzəlişlər olunub“2019/2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün istifadədə olan “Həyat bilgisi” dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi məqsədilə həmin dərslik layihələrinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünas ekspertləri tərəfindən təhlili aparılıb”. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova açıqlama verib. Onun sözlərinə görə, düzəlişlərin edilməsi üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, həmin təkliflər bu dərsliyin yenidən nəşrində nəzərə alınıb: “Dəyişikliklərə əsasən, "Həyat bilgisi" dərsliyində dinlə bağlı mövzular daha da təkmilləşdirilib.Bir daha bildiririk ki, ümumtəhsil müəssisələrində dinin tədrisindən söhbət gedə bilməz.Çünki Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Təhsil dünyəvi xarakter daşıyır. “Həyat bilgisi” 1-ci sinifdən 9-cu sinfədək tədris olunur və dərslikdə şagirdlərə həyatda qarşılaşa biləcəkləri məsələlərlə bağlı ümumi dünyagörüşü formalaşdırmaq məqsədilə müəyyən biliklər verilir. Din də insan həyatının ayrılmaz parçasıdır və şagirdlərə ilkin dini biliklər, din haqqında ümumi məlumatlar verilməsi bu baxımdan lazımlıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2019 12:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |