|
|
Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcəkAzərbaycan sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Prezident İlham Əliyevin sərəncamı ilə sabahdan qüvvəyə minəcək qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləvği qardaşlıq münasibətlərinin təzahürüdür. Səfir bildirib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında həm iqtisadi, həm də sosial əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq. Turizm inkişaf etdiriləcək: "Doğrudur, indiyədək vizanın verilməsi asan idi. Amma viza rejiminin ləğvi həm də psixoloji və simvolik bir məna daşıyır. İki dövlət bir millət olaraq, xalqlarımızın bir-biri ilə əlaqələri daha sıxlaşacaq". Səfir bildirib ki, bu qərar həm də turizmin inkişaflna təkan verəcək, iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2019 11:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |