|
|
Nəsiminin 650 illik yubileyinə həsr edilmiş respublika elmi konfransına məqalə qəbulu davam edirAzərbaycan Dillər Universiteti (ADU) tərəfindən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi və intibah ideyaları” mövzusunda oktyabr ayının 11-də keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir. Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, konfrans çərçivəsində “Nəsimi və müasirləri”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində” bölmələri üzrə məruzələr dinləniləcək. Təşkilat Komitəsinə təqdim edilmiş məqalələr orijinal olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir. Məqalələr aşağıdakı qaydalara əsasən tərtib olunmalıdır: - müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda); - təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng; - məruzənin adı – 14 pt, tünd rəng, ortadan; - məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir; - açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng; - məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur; - yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm; - sətirlərarası məsafə (interval) –1,5 sm; Ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2] və ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür. Qeyd edək ki, məqalələr nesimi-konfrans@adu.edu.az elektron ünvanına göndərilməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2019 17:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |