|
Komitə rəsmisi: Son 5 ildə radikal dini qruplaşmalara qoşulanların sayı azalıbAzərbaycanda radikal dini qruplaşmaya qoşulmaq sırf sosial amillərlə əlaqəli deyil. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayllov seyib. Onun sözlərinə görə, burada bir çox amillər var: "Bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil. Dini qruplaşmaya qoşulanlar sırasında Fransa, Almaniya və İngiltərə əhalisi də çoxluq təşkil edir. Məgər onlar da kasıbdır? Deməli dini radikalizm təkcə sosial məsələ deyil. Burada sosial məsələlərlə yanaşı, başqa məsələlər də var.Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq prosesində sosial-iqtisadi problemlərin də rolu var. Amma bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil". G.İsmayılov deyib ki, son 5 ildə görülən işlər nəticəsində radikal dini qruplaşmalara qoşulanların sayı əhəmiyyətli dərəcədə azalıb: "Biz bu gün həmin qruplaşmaların iqtisadi dayaqlarını ləğv etməyə çalışırıq. Bu gün qətiyyətlə deyə bilərəm ki, həmin radikal qrupların dinamikası həddindən artıq zəifləyib. Burada iqtisadi dayaqların ləğv edilməsi amili da dayanıb, eyni zamanda Suriya məsələsinin həll olunmasının müəyyən təsiri olub. Bir müddət əvvəl bizə belə bir müraciət daxil oldu ki, bir rayondan bu qruplara qoşulanların sayı təxminən 700 civarındadır. Biz məsələni araşdırdıq və həmin qrupa qoşulmağa təsir edən amilləri aradan qaldırdıq. Bu gün onların sayı 70 nəfəri keçmir. Azərbaycanda insanların rifah halı yüksəldikcə bu tendensiya azalır. Bu məsələni təkcə işsizliklə əlaqələndirmək olmaz. Çünki Suriyaya gedənlərin heç də hamısı işsiz deyildi. Sayın azalmasının bir səbəbi də hüquq-mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir". G.İsmayılov çıxışı zamanı bildirib ki,sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var: "Həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər.Bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" şəbəkəsində daha çox olur. Onlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərir. Çox istərdik ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərsin".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 14:24 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |