|
|
“Elmin cazibəsi” adlı kitab nəşr olunubKitab Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibə və elmi məqalələrdən, həmçinin tarixboyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri məlumatına görə, Yazıçı-jurnalist Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabı AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxıb. Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr “Müsahibələr”, “Məqalələr”, “Tarixdə elm sözü və elmin özü” fəsillərindən ibarətdir. Birinci və ikinci fəsillərdə yer almış materialların hamısı son bir-iki il ərzində ölkə mətbuatında dərc edilmiş yazılardır. Üçüncü fəsil müsəlman Şərqində alimlərin elmi nailiyyətlərinə, elm haqqında deyilmiş müdrik sözlərə və məşhurların bilik barədə söylədikləri kəlamlara həsr edilib. Kitabın redaktoru geologiya-mineralogiya elmləri doktoru Novruz Novruzov, “Ön söz”ünün müəllifi və rəyçisi isə akademik Fəxrəddin Qədirovdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 10:53 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |