|
|
Azərbaycanda iki dövlət qurumu fəaliyyətini dayandırırİnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini dayandırır. Ahlibeyt.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, qurumların ləğv olunması yeni yaradılan İnnovasiya Agentliyinin dövlət qeydiyyatından keçməsi ilə əlaqədardır. Fondun və YTP-nin hazırkı işçi heyəti Agentliyin tərkibində fəaliyyət göstərəcək. Belə ki, 30 avqustda işçilərin əmək müqaviləsinə xitam veriləcək, sentyabrın 2-də isə yeni müqavilələr bağlanacaq. Qeyd edək ki, yaradılan İnnovasiya Agentliyi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 10:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |