|
|
Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib"Hindistanla yaxşı əlaqələrimiz var. Lakin bizim Hindistan dövlətindən təvəqqemiz və gözlədiyimiz budur ki, nəcabətli Kəşmir xalqı ilə bağlı insaflı siyasət aparsın. Bu bölgənin müsəlman xalqına qarşı zorakı olmaq olmaz." Ahlibeyt.az-ın məlumatına görə, Salamnews FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib. Ayətullah Xamenei bu gün İran hökuməti rəsmiləri qarşısında çıxışı zamanı ölkənin xarici siyasəti, xüsusilə də Kəşmirlə bağlı siyasətinə toxunub və Hindistan dövlətini Kəşmirlə bağlı insaflı olmağa və bu xalqa qarşı zorakı davranmamağa çağırıb. Qeyd edək ki, İran XİN bundan öncə Hindistanın nəzarətindəki Kəşmirin muxtariyyətinin ləğvini qınamış və Paksitanla Hindistanı təmkinli siyasət yürütməyə və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırmışdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2019 16:30 ⁄ Çap
Bu bölmədə2 Avqust, 2026 Ərbəin gününün əməlləri27 May, 2026 Qurban bayramınız mübarək9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |