|
Dağlıq Qarabağın azərbaycanlı icmasından daha bir yenilikAzərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması həyatlarını erməni işğalçılarına qarşı mübarizəyə həsr edən Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri ilə bağlı yeni layhəyə start verib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, indiyə qədər erməni işğalı altında olan ərazilərimizdə tarixi, mədəni, dini abidələrmizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatların rəsmi hesablarına müxtəlif mövzularda video müraciətlər hazırlayıb, ünvanlayan Dağlıq Qarabağın azərbaycanlı icması bu gündən həmçinin tarixi şəxsiyyətlərin fəaliyyətlərinin təbliğini də həyata keçirməyi qarşısına məqsəd qoyub. Bunun üçün icma xarici dillərdə qısa filmlər hazırlayıb beynəlxalq auditoriyaya təqdim etməyi planlaşdırır. Bu istiqamətdə ilk film ictimai-siyasi xadim, jurnalist, pedaqoq, türkoloq, erməni daşnaklarına qarşı mübarizənin önündə olan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il anadan olmasının 150 illiyi qeyd edilən Əhməd bəy Ağaoğluna həsr olunub. Əhməd bəyin ömrünün bir hissəsi Fransa ilə bağlı olduğu üçün film fransız dilində, alt yazıları isə ingilis dilində hazırlanıb. Filmdə 1869-cu ildə Şuşada anadan olan, 1888-ci ildə Parisədə ali təhsil almağa başlayan Əhməd bəy Ağaoğlunun keşməkeşli həyat yoluna nəzər salınıb. Bildirilir ki, "College de France, Ecole des Hautes Etudes Pratiques" (Tətbiqi tədqiqat ali məktəbi) və Sarbonna Universitetində hüquq təhsili alan Əhməd bəy Ağaoğlunun formalaşmasında fransız filosof və tarixçi Ernest Renan, Ceyms Darmsteter böyük rol oynayıb. “1894-cü ildə Fransada təhsilini bitirdikdən sonra Ağaoğlu Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. 1896-cı ildə doğulduğu şəhərə- Şuşaya geri dönür. Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Elə buna görə də Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. 1905-ci ildə Əhməd bəy milliyətçi, aqressiv, soyqırım törətməkdən usanmayan erməni terrorçularına qarşı mübarizənin önündə yer alır. Bununla da Qarabağda və Azərbaycanın digər bölgələrində erməni separatizminə, daşnak özbaşınalığına qarşı hərəkat başlanır. Sonradan çar Rusiyası və erməni terror təşkilatları tərəfindən təqiblərə məruz qalan Əhməd bəy 1908-ci ilin sonlarında İstanbula köçmək məcburiyyətində qalır. Cümhuriyyət dağıldıqdan sonra isə təkrar Türkiyədə yaşamalı olur. İkinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçilir”. Filmdə həmçinin Əhməd bəy Ağaoğlunun əsərlərinin Azərbaycan Respublikasında dövlət varidatı elan olunduğu qeyd edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2019 12:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |