|
|
Bütün təhsil müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcəkAli, orta ixtisas və peşə təhsili müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcək. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, Təhsil, Səhiyyə və Daxili İşlər nazirlikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə mütəmadi olaraq ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməsi və tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsini təmin etməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyul, 2019 12:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |