|
İlahiyyat İnstitutunda “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunubAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyevin təqdimatında İnstutunun əməkdaşları üçün “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub. Ahlibeyt.az-ın verditi xəbərə görə, Aİİ rektoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir. C.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin yüksəldilməsində və daha böyük nəticələrin əldə olunmasında bu cür təlimlərin xüsusi rol oynadığını vurğulayıb. Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyev “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda məruzə ilə çıxış edib. Sosial məsuliyyət haqqında ətraflı məlumat verən O.Quliyev etik-davranış qaydalarını dəqiqləşdirən normaların, həmçinin təminatların dövlət orqanlarının normativ hüquqi aktları ilə müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, yüksək nəticə əldə etmək üçün kollektivin böyük bir hissəsi məsuliyyətli, mehriban, yüksək iş bacarığına malik ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil olunmalıdır. Təlimdə işçinin şəxsiyyətinə hörmətlə yanaşmaq; bütün problemləri açıq müzakirə edərək, vahid fikrə gəlmək; şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirmək; rəhbərlə, yaxud tabeliyində olanlarla nəzakətlə, diqqətlə və səbirlə davranmaq haqqında geniş məlumat verilib. Təlim tələbələrin və qonaqların maraqlı müzakirələri ilə davam edib. Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunublar. Mənbə:Aİİ mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyul, 2019 10:27 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |