|
Bir qrup ictimaiyyət nümayəndəsi “Şeyx Cüneyd” məqbərəsini ziyarət edibBir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Ziyarət "Tarixinə sahib çıx" başlığıyla gerçəkləşdirilib. Tarixçi-alim, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədlinin təşəbbüsü ilə başladılan aksiya, Müasir İnkişaf Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Akiyanın keçirilməsinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi dəstək verib. Aksiyaya təkcə paytaxt sakinləri deyil, eyni zamanda ölkənin bir sıra rayon və şəhərlərindən də iştirakçılar qatılıb. Məqbərədə ziyarət zamanı tarixçi-alim Kərəm Məmmədli aksiyanın həyata keçirilmə səbəbləri, ordu günündə cəmiyyətin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülməsi vacib olan işlərdən danışıb. Alim daha sonra Şeyx Cüneyd, Şah İsmayıl və ümumilikdə Səfəvilərin apardıqları tarixi mübarizə haqqında aksiya iştirakçılarına ətraflı məlumat verib: "Bu aksiyanın məhz ordu gününə həsr olunması Səfəvi tarixinin hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılması ilə bağlıdır. Şah İsmayılın babası Şeyx Cüneyd sonradan əzəmətli Azərbaycan Səfəvi dövlətinin yaranmasına səbəb olan bu müqəddəs mücadilənin əsasını qoyub”. O, Səfəvi tarixini Azərbyacan xalqının "qızıl dövrü" adlandıraraq onu daim təbliğ etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə bu təbliğat cəmiyyətin vətənpərvərlik ruhunu daha da artıran amildir. K.Məmmədlinin sözlərinə görə, Azərbaycan tarixinin bu cür mühüm məqamlarını cəmiyyətə, xüsusən də gənclərə daha geniş şəkildə çatdırmaq üçün "Tarixinə sahib çıx" başlığı altında aksiyanın keçirilməsi mühüm bir addımdır. K.Məmmədli gələcəkdə bu aksiyanın davam edəcəyinə inamını dilə gətirib. Səfər zamanı, həmçinin Azərbaycan əsgəri, 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olan, 2016-cı ildə qəhrəmancasına şəhid olan Milli qəhrəman Çingiz Qurbanovun da məzarı ziyarət olunub. Ziyarətdə Milli qəhrəmanın döyüş yoldaşı da iştirak edib. Aksiya iştirakçıları Çingiz Qurbanov haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycan dövləti, xalqı hər zaman qəhrəmanlarını, o cümlədən Ç.Qurbanovu hörmətlə yad edir, onların xatirəsini daim əziz tutur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2019 11:11 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |