إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müxtəlif ölkələrdə ABŞ-ın Fələstin planına qarşı aksiyalar keçirilib (VİDEO)

Müxtəlif müsəlman və qeyri müsəlman ölkələrində Əsrin Sazişi kimi tanınan ABŞ-ın Yaxın Şərqdə sülh planına qarşı etiraz aksiyaları keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ABŞ-ın Fələstinlə bağlı planının ilk mərhələsinin Bəhreyndə keçirilən toplantısı fonunda Tunis, Fələstin, Livan, İordaniya, Türkiyə və sair ərəb və müsəlman dövlətlərində etiraz aksiyaları keçirilib.

Londonda da ABŞ-ın Əsrin Sazişi adlı planına qarşı aksiyalar baş tutub.

Sabah cümə günü bəzi müsəlman ölkələrində xüsusilə də cümə namazları zamanı sözügedən plana qarşı kütləvi etiraz nümayişlərinin keçiriləcəyi gözlənilir.

Son iki gün ərzində Bəhreyndə baş tutan toplantıda elan edilib ki, ABŞ-ın Fələstin məsələsinin "yoluna qoyulması" ilə bağlı planının birinci mərhələsi olaraq, ərəb, region ölkələri və dünyanın müxtəlif iş adamlarının səyi ilə 50 milyard dolların toplanması yoluyla Qəzzada, İordan çayının qərb sahilində, eləcə də Şimali-Sina, İordaniya və fələstinlilərin olduğu sair bölgələrdə iqtisadi isfrastruktur layihələr həyata keçiriləcək. İddia edilib ki, bu layihələr fələstinlilərin rifahını lazımi şəkildə təmin edəcək.

Qeyd edək ki, əksər ərəb dövlətləri, Fələstin Muxtariyyəti, HƏMAS, bir çox region və müsəlman dövlətləri ABŞ-ın Fələstinlə bağlı "Yaxın Şərqdə sülh" planını (Əsrin Sazişi) rədd edib və onu pisləyiblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2019  10:00 Çap

Bu bölmədə


Xəbər lenti















© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com