إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının üzvləri imtahanları izləyiblər

İyulun 24-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri yaz semestri imtahan sessiyasının gedişini izləyiblər.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndələr imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə söhbətlər aparıblar.

Aİİ-nin rektoru Ceyhun Məmmədov imtahan prosesi barədə şura üzvlərinə və KİV təmsilçilərinə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün operativ qərargah yaradılıb.

Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2019  12:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!