|
“Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsiAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Ahlibeyt.az-ın verdiyi xəbərə, mükafatlandırmada birinci yer üçün 800 manat, II yer üçün (2 nəfər) 600 manat, III yer üçün isə (3 nəfər) 500 manat nəzərdə tutulub. Həvəsləndirici mükafatlar 5 nəfər üçün 150 manat məbləğində nəzərdə tutulub. II. Müsabiqə şərtləri Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə yazılan yazılar qəbul ediləcək: Azərbaycanda şeyxülislamlığın tarixi inkişaf mərhələləri. Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək; Mövzunu dolğun əhatə etmə səviyyəsi; Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti; Müsabiqəyə 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur; Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda ““Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Qeyd: Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. IV. Yazıların təqdim edilməsi Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və elektron qaydada təqdim olunmalıdır. Təqdimat zərfində yer almalıdır: § yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; § yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti; § yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu; § müsabiqə üçün verilmiş yazının yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi (PDF variant); § yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link; § materialın A4 formatlı kağız vərəqində nüsxəsi (elektron qaydada word faylda, nüsxədə müəllifinin adı göstərilməməlidir);
Qeyd 1: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri mdtf.press@gmail.com elektron poçt ünvanına təqdim etməlidirlər. Müsabiqə üçün yazılar 2019-cu ilin iyun ayının 12-dən iyul ayının 22-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Tiblisi prospekti 35 (ASK plaza, 4-cü mərtəbə) ünvanında qəbul ediləcək. Həmçinin müsabiqə materialları mdtf.press@gmail.com elektron poçt ünvanına da göndərilə bilər. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək. Qeyd 2: Müsabiqə qaliblərinin adları 2019-cu il 12 avqust tarixinədək açıqlanacaq.
Əlaqə telefonu:
(012) 464 92 55 (070) 585-45-63 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2019 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |