|
Tərtər istiqamətində şəhid olan Azərbaycan hərbçisi torpağa tapşırılıbİyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər. 2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi. May ayının 10-na olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub. Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun işğal altında olan Kürdlər kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2019 10:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |