|
Azərbaycandan Yəmən xalqına humanitar yardımYəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən açıqlamada bildirilib. Sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2019 11:07 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |