|
İlahiyyat İnstitutu və IRCICA arasında Anlaşma Memorandumu imzalanıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət qurumu olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) Baş direktoru Xalid Ərən Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Ahlibeyt.az-ın məlumatına görə, Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni İnstitutda görməkdən məmnunluğunu ifadə edib, bu səfərin iki qurum arasında qarşılıqlı əlaqələrin daha da inkişafına səbəb olacağını vurğulayıb. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. C.Məmmədov Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkilinə göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib və tədbirin əhəmiyyətini vurğulayıb. IRCICA-nın Baş direktoru X.Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib addım kimi dəyərləndirib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini ifadə edən X.Ərən İnstituta işlərində müvəffəqiyyətlər arzulayıb. Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə 11-12 iyul 2019-cu il tarixdə “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpoziumun təşkil olunması ilə əlaqədar müddəalar əksini tapıb. Qeyd edək ki, 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq Simpozium İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət qurumu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA); Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq. Beynəlxalq Simpoziumda “İslam ənənələrinin Azərbaycanda möhkəmlənməsində və müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”; “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzularında məruzələr dinləniləcək. Həmçinin, “İslamın Qafqazda yayılması”; “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “İslam mədəniyyətinin Qafqaz xalqlarının adət-ənənələrinə təsiri”; “İslam memarlığı Qafqazda”; “Qafqazda İslam incəsənəti və ədəbiyyatı” mövzularında müzakirələr aparılacaq. Bununla yanaşı, Simpoziumda “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafındakı rolu”; “Qafqazda dini və ictimai-mədəni həyatın müxtəlif aspektləri”; “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış tarixi və mədəni irsi: bu irsin qorunması və dünya miqyasında tanıtdırılması üçün akademik araşdırmalar” mövzularının müzakirəsi nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2019 12:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |