إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nazirlik Ramazan ayı ilə bağlı nəcib aksiyaya başlayır

İslam dünyasının sevimli aylarından biri olan müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-da “DOST süfrəsi” adlı yeni nəcib aksiyaya başlayır.

Ahlibeyt.az-ın Salamnews-a istinad'n məlumatına görə, aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı və onlarla iftar süfrəsini bölüşməyi nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.

İlk “DOST süfrəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mayın 6-da bir qrup əlilliyi olan şəxs üçün iftar vaxtında təşkil ediləcək. Sonrakı günlər üçün isə nazirlik estafeti “DOST süfrəsi” aksiyasına qoşulmaq istəyində olanlara, onlar isə digərlərinə ötürəcək.

Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.

Qeyd edək ki, bundan əvvəl nazirliyin Novruz bayramı ilə əlaqədar mart ayında təşkil etdiyi və Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən “DOST xonçası” kampaniyası ilk gündən geniş miqyas aldı. Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edərək, onları sevindirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2019  10:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!