إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Həzrət Məryəmin Məsum Hamiləliyi Kilsəsinə gediblər. İcma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd və bir olduğunu nümayiş etdiriblər.Müsəlman gənclər kilsənin qarşısında Həzrət Məryəm heykəlinin önünə güllər qoyub, kədər sözlərini yazıblar.

Ahlibeyt.az-ın  Milli.az-a istinadən verdiyi xəbərə görə, icma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər.

Bildirilib ki, baş verən terror aktı yalnız xristianlara qarşı deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar, dinindən asılı olmayaraq bir birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhtət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Məscid nümayəndəsi deyib:

"Dünyanın hər harasında bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücüm kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu hamımızın acısıdır".

Öz növbəsində Azərbaycan katolik icmasının rəhbəri yepiskop Vladimir Fedeke təşəbbüsə görə müsəlmanlara təşəkkür edib.Onun sözlərinə görə, bu cinayətin Tanrı adına edilməsi daha da acınacaqlıdır və müxtəlif din nümayəndələrinin birliyi olduqca mühümdür.

Sonda terror qurbanları bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına birgə dualar oxunub.

Qeyd edək ki, dünya katolikləri Pasxa bayramını qeyd etdiyi zaman Şri-Lankanın paytaxtı Kolombo şəhərində yerləşən üç kilsədə partlayış törədilib. Terror aktları nəticəsində 310 nəfər ölüb, 480 nəfər isə xəsarət alıb.

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım - FOTO

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2019  17:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!