|
Aprel şəhidinin adı əbədiləşdirildi Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
Ahlibeyt.az-ın məlumatına göerə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra elə həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.
Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı məhrum prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.
2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşun komandanının köməkçisi vəzifəsini icra edib. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirib və 20-yə yaxın ermənini məhv edərək geriyə qayıdıb.
2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə Milli Qəhrəmanın son döyüşü olub. Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirinin xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi ücün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq, yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər.
Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.
Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub.
Milli Qəhrəman 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunub. 1 qızı və 1 oğlu yadigar qalıb.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. 2016-cı ilin 19 aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2019 11:05 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |