إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq konfrans keçiriləcək

21 noyabr 2019-cu il tarixində AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi-fəlsəfi konfrans keçiriləcək.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, tədbir Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının 11 yanvar 2019-cu il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Konfransın keçirilməsində məqsəd İmadəddin Nəsiminin şəxsində Azərbaycan fəlsəfi fikrinin beynəlxalq səviyyədə təbliğidir.

Tədbirdə "Hürufilik və onun Azərbaycanda nümayəndələri", "Hürufilik və Sufizm: paralellər, fərqlər, oxşar cəhətlər", "Nəsimi fəlsəfəsində mistika", "Nəsimi fəlsəfəsində sufizm və hürufizm", "Ənəl-Həqq fenomeninin mahiyyəti və təzahürləri", "Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi" və "Nəsimi: təxəyyül və reallıq arasında" mövzularında müzakirələr aparılacaq.

Məruzələrin tezislərinə qoyulan tələblər:

-  Müəllifin adı, soyadı, ata adı, elmi dərəcəsi, işlədiyi müəssisə, elektron ünvanı, səhifənin yuxarı sağ tərəfində (12 pt ilə) göstərilməli;

-  Tezislərin adı – 14 pt, tünd rəngdə (bold);

-  Tezislərin həcmi ən azı 400 sözdən ibarət olmalı, 5-7 açar söz yazılmalıdır;

-  Tezislərin mətni – Times New Roman, 12 pt, yuxarıdan 3 sm, aşağıdan 2 sm, soldan 2 sm, sağdan 2 sm, sətirlərarası interval 1,5;

-  Tezislər yuxarıda göstərilən mövzulardan birinə aid olmalıdır.

Məruzələrin tezisləri 1 iyul 2019-cu il tarixinə qədər konul.bunyadzada@phill.science.az və mammadovaturkan8@gmail.com e-mail ünvanına göndərilməlidir.

Məqalələr konfransın elmi heyəti tərəfindən qiymətləndirildikdən sonra 15 gün ərzində müəllifə məlumat veriləcək. Qəbul edilmiş məruzələrin tam mətninin göndərilməsi üçün son tarix 10 oktyabr 2019-cu ildir.

Məqalələr sertifikatla təltif ediləcək və konfrans materialları toplu şəklində dərc ediləcək.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid pr. 115, AZ1073.

Tel.:(+994 51) 608 80 06.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2019  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!