|
QMİ sədrinin müavini: “Din milli ideologiyanın tərkib hissəsidir”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, tədbrdə DQİDK və Mətbuat Şurasının rəhbərliyi, Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbiri DQİDK-nın sədri Mübariz Qurbanlı açaraq Azərbaycanda dini ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, media burada təhrifə yol verməməlidir, hansısa radikal fikirləri qabardaraq cəmiyyətdə yayılmasına yol verməməldir. M.Qurbanlı qeyd edib ki, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etdirilməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşır. Ə.Amaşov bu kimi tədbirlərin keçirilməsini mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. "Bu gün din və media arasında boşluqlar mövcuddur" - bunu tədbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib. Onun sözlərinə görə, bütün cəmiyyətlərdə, eyni zamanda Azərbaycanda kütləni informasiya ilə idarə etmək imkanları KİV-in əlində cəmlənib: "Qorxulu, amansız tədbirlər də onların əli ilə həyata keçirilir". Q.Cavadlı təklif edib ki, dini bilikləri ehtiva edən fənnlər humanitar ixtisaslarda tədris olunsun: "Çünki bütün cahillik dini savadsızlıqlardan irəli gəlir. Din milli idelogiyanın tərkib hissədir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2019 13:11 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |