|
|
1000-dən çox dini xadimə maddi dəstək verilir - Mübariz QurbanlıBu gün Azərbaycanda məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Gələcəkdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır. Bu, praktikada hələlik tətbiq olunmur... Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir". Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var: "Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır". M.Qurbanlının sözlərinə görə, xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak və idarə edə bilər: "Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də QMİ tərəfindən müzakirə olunur. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2019 12:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |