إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“İƏT Modeli” - 2019 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi

Artıq 9 ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib.

İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2019-cu il buraxılışı dünən təşkil olunmuş ilk mühazirə proqramı ilə öz işinə başlayıb.

Bakı Dövlət Universiteti, ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş 300-dən artıq tələbə arasından seçilmiş 50 gəncin 5 həftə davam edəcək mühazirələrdə və sonda təşkil olunacaq İƏT Modeli beynəlxalq simulyasiyasında iştirakı nəzərdə tutulub.

Akademiyanın 2019-cu il buraxılışının açılışını edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev layihənin məqsəd və mühazirə mövzuları haqqında tələbələrə məlumat verərək, layihənin tərəfdaşı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edib. İƏT-in yaranmasının 50 illiyi münasibətilə E. Mehdiyev proqramın ilk mühazirəsi olaraq tarixilik və müasirlik aspektindən təşkilatın 50 illik fəaliyyəti haqqında çıxış edib. Daha sonra Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasser Əbdül Kərim qonaq səfir qismində çıxış edərək, İƏT-in yaranma səbəbi olan İsrail-Fələstin münaqişəsi haqqında təqdimat edib və tələbələri Fələstinin tarixi, məruz qaldığı işğal siyasəti, eləcə də indiyə qədər münaqişəyə beynəlxalq ictimaiyyətin verdiyi hüquqi-siyasi qiymətlə bağlı məlumatlandırıb.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Bu baxımdan, akademiyada İƏT üzv dövlətlərinin xarici siyasət prioritetləri, İƏT-in beynəlxalq qurum kimi fəaliyyəti, beynəlxalq siyasətdə media və sosial medianın bir alət kimi istifadəsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və o cümlədən İƏT-dəki fəaliyyət istiqamətləri ilə bağlı mühazirələrin təşkili nəzərdə tutulub.

Mənbə: islam.az

1

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2019  15:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!