|
|
İlahiyyat İnstitutunda “Qurani-Kərim”in digər dillərə tərcüməsinə dair seminar təşkil olunubAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam araşdırmaları mərkəzinin direktoru, Quranın Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı açan elm və innovasiyalar üzrə prorektor Aqil Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, dəyirmi masalar, təlimlər haqqında məlumat verib. Mövzunun aktuallığına toxunan A.Şirinov tələbələrin ixtisaslarına uyğun peşə vərdişlərinə yiyələnmələri üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra M.Yakuboviçin “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda məruzəsi dinlənilib. Ukraynalı alim qeyd edib ki, “Qurani-Kərim” ərəb dilində nazil olduğu üçün digər millətlər İslam dinini qəbul etdikdən sonra müqəddəs kitabı və başqa dini ədəbiyyatı öz ana dillərində oxumağa ehtiyac hiss ediblər. O, “Qurani-Kərim”i ukraynalı oxucuların başa düşəcəyi dildə tərcümə etməyə çalışdığını bildirib. M.Yakuboviç “Qurani-Kərim” tərcümələrini müqayisəli şəkildə təhlil edib. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, qonaq sualları cavablandırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2019 16:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |