|
|
Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edibAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə dini icmaların üzvləri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan edir. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, Ulu Öndərin Azərbaycançılıq ideologiyasına əsaslanaraq milli-mənəvi dəyərlər sistemimizin daha da gücləndirilməsi, aşınmadan xilas edilməsi, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində atdığı addımlardan bəhs edən məqalələr göndərilə bilər. Həmçinin Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan dini abidələrimizin bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquqi-inzibati sferada zəruri addımlar atılması, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlərin işıqlandırıldığı məqalələr də qəbul olunur. 1.Müsabiqənin şərtləri - Məqalə mövzuya uyğun olmalıdır; - Müsabiqə elan olunduqdan sonra məqalə qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində); - Məqalə qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır; - Məqalə elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir. 2. Mükafat I yer – 500 AZN II yer – 400 AZN III yer – 300 AZN Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat 3. Müsabiqənin müddəti: Məqalələr 20 aprel 2019-cu ilədək təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16 Əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 19 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2019 11:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |