|
|
Azərbaycanda Novruz bayramı qeyd olunur"Novruz bayramınız mübarək olsun! -Bu bayram hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş etsin." Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. Novruz yazın gəlişinin simvolu olan qədim bayramıdır, mənası “Yeni gün”dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycanda da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir. Bu il Yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq. Qeyd edək ki,Novruz bayramı Azərbaycan,İran,Qazaxıstan,Qırğızıstan,Özbəkistan,Tacikistan Əfqanıstan, Albaniya, Gürcüstan, Hindistan, İraq Kürdüstanı,Makedoniya, Çinin Sintzyan-Uyğur muxtar rayonu, Türkiyə, Rusiyanın Tatarıstan, Başqırdıstan, Dağıstan və bəzi başqa regionlarında qeyd olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2019 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |