|
|
Bakıda İmam Əlinin (ə) mövludu ilə bağlı bayram tədbiri keçirilib - FotolentDarul Hikmət Elm və Tədris Mərkəzi İmam Əli (ə) mövludu ilə bağlı bayram tədbiri təşkil edib. Ahlibeyt.az-ın məlumatına görə, tədbirdə tanınmış ilahiyyatçı alimlər, ziyalılar, Quran qariləri də iştirak ediblər. Tədbirdə həmçinin tanınmış ilahiyyatçılar Hacı Şahin Həsənli, Hacı Mir Cəfər Əyyubov, Hacı Əkrəm Əliyev, Hacı Ramil Bədəlov, Təbriz Qasımov, Quran qarisi Hacı Ruslan Qasımov həmçinin yazıçı-psixoloq Rövşən Abdullaoğlu, şair Arif Buzovnalı, psixoloq Rəvan Soltanov və bir sıra digər qonaqlar iştirak etmişlər. Mərasimdə çıxış edən ilahiyyatçılar Həzrət İmam Əli ibn Əbu-Talib (ə) doğum günü münasibəti ilə bütün müsəlmanları həmçinin məclis iştirakçılarını təbrik ediblər. Mərasimdə həmçinin Darul Hikmət Elm və Tədris Mərkəzi bu tədris ili ərzində fərqlənmiş tələbələrinə, Elmar Məhərrəmov və Jalə Məmmədovaya ilin ən yaxşı tələbəsi adları, həmçinin mərkəzin müəllimi Elbrus Kərimova ilin ən yaxşı müəllimi adı verilib.
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2019 13:08 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |