|
|
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıbBu gündən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb. Ahlibeyt.az-ın verdiyi xəbərəgörə, nazirlikdən ONA-ya verilən məlumata görə, buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı”, “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib. Hər markanın ölçüsü 28x40 mm təşkil edir. Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb. Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri usə Anar Mustafayevdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2019 15:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |