|
|
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun(Təhsil məsələləri üzrə İslam təşkilatı) baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. Ahlibeyta.-ın AZƏRTAC-a istinadən məlumatına görə, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirdi. O, bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini dedi. Əbdüləziz Osman əl-Tuveycri qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini dedi. ISESCO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2019 17:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |