|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edibVətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatla təmin edilməsi və sair məsələlərlə bağlı olub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2019 10:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |