|
|
İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələri genişləndirirAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb. Ahlibeyt.az-ın məlumatına görə, İnstitutdan Azərtac-a bildirilib ki, müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi məqsədi daşıyır. Protokollarda elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübəni paylaşmaq, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodik vəsaitlərin çap olunması da nəzərdə tutulur. Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisi müasir tələblər səviyyəsində təşkil etmək üçün dünyanın qabaqcıl universitetləri, həmçinin Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirməkdir. Xatırladaq ki, institut ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Mərmərə, “29 Mayıs”, Kırıkkale universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2019 10:49 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |