|
|
"Yeni Üfüq” İctimai Birliyi "Biz sizi unutmadıq - 7” aksiyasını keçiribBu gün "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq qarşıdan gələn "8 Mart” - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində "Biz sizi unutmadıq - 7” adlı aksiya keçirib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, aksiya çərçivəsində "Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi "8 Mart” – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub. Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, artıq 7 ildir "8 Mart” bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir: "Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk. Digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rolu olan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il "Biz sizi unutmadıq –7” adlı aksiyamıza dəstək olaraq onlarla xeyirsevər fədakar gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşularaq öz həmrəyliklərini bildiriblər”. Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2019 15:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |