|
|
KİVDF maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edibAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, KİVDF-dən Salamnews-a verilən məlumata əsasən, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açaraq bildirib ki, gündəliyə əsasən iclasda bir məsələnin - Fondun 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur. Müzakirəyə çıxarılan məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, çap mediasının müasir dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi, cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə Fondun 2019-cu il 31 yanvar tarixli iclasında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərdə dəyişikliklər edilib. V.Səfərli qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin ikinci rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladıb. İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin birinci rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin ikinci rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurətin yarandığını qeyd edib. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən, qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq. Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan əlavə ilə bağlı fikirlərini bildiriblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov təklif olunan əlavəni Fondun yayım və tirajla bağlı müəyyənləşdirdiyi yeni tələbləri yerinə yetirmək imkanında olmayan gündəlik və həftəlik qəzetlərə növbəti şans və humanist yanaşma kimi dəyərləndirərək, bu addımın həmin nəşrlərdə çalışan KİV əməkdaşlarının da mənafeyinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini bildiriblər. Sonda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2019 13:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |