إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda elmi-praktik konfrans keçiriləcək

AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,konfransda "Müsəlman şərqində elm və fəlsəfənin inkişafında azərbaycanlı alim və mütəfəkkirlərin rolu", "Müasir elmi çağrışlar və İslam dünyası", "İslam dünyasında elm və fəlsəfə məktəbləri" və digər mövzularda müzakirələr aparılacaq.

Kofrans ölkə başçısının "Elm günü"nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

Tədbir 3 aprel 2019-cu il tarixdə keçiriləcək.

Məqalələrin həcmi 3-5 səhifədən artıq olmamalı (Azərbaycan və  ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və elektron variantda martın 20-dək fidanyusifova@ait.edu.az e-mail ünvanına göndərilməlidir.

Məqalə və tezislərin tərtibinə qoyulan tələblər:

- müəllifin adı, soyadı - 12 şrift, tünd rənglə (səhifənin yuxarısında sağda);

- təhsil aldığı müəssisənin (fakültənin) adı - 12 şrift, kursiv;

- tezislərin adı - 14 şrift, qalın şrift, ortadan;

- tezislərin həcmi - 2 səhifəyə qədər, format-A5, səhifələr nömrələnmir;

- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) - 12 şrift, kursiv;

- tezislər Times New Roman, 12 şrift ilə, 1,5 intervalla yığılır;

- kənarlar: yuxarıdan - 2 sm, aşağıdan - 2 sm, soldan -2,5 sm, sağdan - 1 sm;

- ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür;

Konfransın təşkilat komitəsinin ünvanı: AZ1141, Bakı şəhəri, Əhməd Cəmil küçəsi 41A (Azərbaycan İlahiyyat İnstitutu, Magistratura və doktorantura şöbəsi).

Tel.: (+994 12) 510 65 45 / 147,  (+ 994 50) 254 40 90.

1

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2019  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!